Banklar


TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə
06.04.2026

Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirmək, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artırmağı hədəfləyir.

Strateji tərəfdaşlığın əsas məqsədi ölkələrarası idxal-ixrac əməliyyatlarını genişləndirmək, Azərbaycanda beynəlxalq ticarət fəaliyyətini stimullaşdırmaq, habelə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Saziş çərçivəsində ayrılmış vəsait yerli müəssisələrin ixrac potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.

ITFC-nin Əməliyyat üzrə Baş Direktoru Nazim Noordali: "TuranBank ilə qurulan tərəfdaşlıq, üzv ölkələrdə dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvəsi olan özəl sektorun və kiçik və orta sahibkarlığın (KOS) rolunun möhkəmləndirilməsinə dair davamlı öhdəliyimizin bariz nümunəsidir. ITFC-nin ticarətin təşviqi və ticarət maliyyələşdirilməsinə çıxış imkanlarının artırılması missiyamıza müvafiq olaraq, bu əməkdaşlıq İslam maliyyələşdirmə həllərinin miqyasını genişləndirəcək və KOS-ların beynəlxalq ticarət əməliyyatlarını artırmasına lazımi dəstəyi təmin edəcəkdir."

TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev: “ITFC ilə imzaladığımız bu saziş ölkənin ticarət dövriyyəsinin canlandırılmasına xidmət edir. Sözügedən maliyyə xətti müştərilərimizə daha çevik ticarət həlləri təklif etməyə və onlara qlobal bazarlarda geniş imkanlar yaradacaqdır. Eyni zamanda, bu əməkdaşlıq TuranBank-ın beynəlxalq maliyyə bazarlarındakı aktiv fəaliyyətinin və yerli sahibkarlıq subyektlərinə göstərdiyi davamlı dəstəyin növbəti göstəricisidir”

Bu saziş ITFC-nin Azərbaycandakı fəaliyyətinin artan dinamikasını təsdiq edir və hər iki qurumun özəl sektor üçün ticarətin maliyyələşdirilməsi həllərinin təkmilləşdirilməsi istiqamətindəki ortaq hədəflərini əks etdirir.


TuranBank haqqında:

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) haqqında:

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzvüdür. 2008-ci ilin yanvar ayından fəaliyyətə başlayan ITFC, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyacları üçün 92 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq, bu ölkələr üçün ticarət həllərinin aparıcı təminatçısına çevrilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə və ondan kənarda ticarətin inkişafı üçün hərəkətverici qüvvə olmaq missiyasını daşıyan Korporasiya, üzv ölkələrdəki qurumların ticarətin maliyyələşdirilməsi imkanlarına daha rahat çıxışını təmin edir və onlara qlobal bazarda uğurla rəqabət aparmağa imkan verən zəruri potensialın artırılması alətlərini təqdim edir.


Twitter: @ITFCCORP

Facebook: @ITFCCORP

LinkedIn: International Islamic Trade Finance Corporation (ITFC)

Tel: +966 12 646 8337

Fax: +966 12 637 1064

E-mail: ITFC@itfc-idb.org


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment