3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasında Türkiyə Respublikasının Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşkilatçılığı ilə Türkiyənin aparıcı maliyyə institutları və texnologiya şirkətlərinin nümayəndə heyəti qonaq olub.
Görüşdə Golden Global Yatırım Bankası A.Ş., Kuveyt Türk Portföy Yönetimi A.Ş., Katılım Emeklilik Hayat A.Ş., Türkiye Katılım Sigorta A.Ş. və TriO Blockchain Labs nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı maliyyə məhsullarının inkişafı və xəzinədarlıq əməliyyatları, texnologiya və rəqəmsal infrastrukturun qurulması, sukuk bazarı, eləcə də portfel idarəçiliyi və investisiya xidmətləri üzrə fikir mübadiləsi aparılıb.
Bu görüş regional kapital bazarları arasında tərəfdaşlığın gücləndirilməsi, yeni maliyyə alətlərinin inkişafı və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.