Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib
02.04.2026

Dövlət Gömrük Komitəsinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Tibbi Xidmət İdarəsinin rəhbər şəxsləri, şöbə rəisləri və əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib. 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım təlimdə çıxış edərək səhiyyə sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıb, həmçinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşlarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı həyata keçirilən davamlı təlim və tədbirlərin bu məqsədə xidmət etdiyini vurğulayıb.

Eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxış edərək səhiyyə sahəsində şəffaflığın və etik davranış prinsiplərinin qorunmasının tibbi xidmətin keyfiyyətinə və pasiyent məmnuniyyətinə birbaşa təsir etdiyini vurğulayıb. Rəis müavini Nahidə Mahmudova korrupsiyaya qarşı ardıcıl və prinsipial mübarizə müasir, etibarlı və insan yönümlü səhiyyə sisteminin formalaşmasının əsas şərtlərindən biri olmasını,  Mərkəzi Gömrük Hospitalında korrupsiya ilə mübarizə istiqamətində mütəmadi olaraq əməkdaşlar arasında məlumatlandırıcı təlimlərin həyata keçirildiyini qeyd edib. 

Təlimlərdə iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verilib. Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə, eləcə də korrupsiyaya yol verə biləcək hallar barədə geniş məlumat verilib.

Qeyd edək ki, il ərzində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davamlı olaraq həyata keçirilir, əməkdaşların maarifləndirilməsi və şəffaflığın artırılması istiqamətində fəaliyyətlər mütəmadi şəkildə davam etdiriləcək.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment