Digər xəbərlər


Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
31.03.2026

Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb.

F.Baxşıyev 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr təhsili alıb. Həmçinin, Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

O, əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, Azərbaycan Dəmir Yolları QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan və digər özəl  konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.

Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment