Dövlət Gömrük Komitəsi və Gürcüstan gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
Görüşdə Səlahiyyətli İqtisadi Operator (SİO) və gömrük təmsilçiliyi institutu ilə bağlı müzakirələr aparılıb, o cümlədən SİO statusunun əldə edilməsi prosesi, SİO-ların gömrük nəzarəti zamanı əldə etdikləri üstünlüklər, bu sahə üzrə kadrların hazırlanması və digər mövzularla bağlı qabaqcıl, eyni zamanda milli təcrübələrə dair təqdimatlar nümayiş etdirilib.