İqtisadiyyat Nazirliyində keçirilən görüşdə “Powerchina Resources Ltd” şirkəti ilə enerji sahəsində mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Powerchina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb.
Bildirilib ki, Azərbaycanın iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi investorlar üçün əlverişli biznes mühiti yaradır. Bu baxımdan, Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var.
Görüş çərçivəsində "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlar müzakirə olunub.
Bununla yanaşı, enerji sektoru, xüsusilə bərpa olunan enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.