Banklar


RABİTƏBANKDA YENİ TƏYİNAT: NATİQ NOVRUZOV İDARƏ HEYƏTİNİN SƏDRİNİN MÜAVİNİ TƏYİN OLUNUB
19.03.2026

“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. O, yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.

Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən Natiq Novruzov 2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin idarə edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin mini MBA proqramını uğurla başa vurmuşdur.

Əmək fəaliyyətinə 2003-cü ildə maliyyə sektorunda başlamış, 2003–2010-cu illər ərzində mühasibatlıq, kreditlərin idarə olunması, monitorinq və filial idarəçiliyi sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, həm əməliyyat, həm də idarəetmə istiqamətində zəngin təcrübə qazanaraq maliyyə və risk sahəsində peşəkar bilik və bacarıqlarını formalaşdırmışdır.

2010-cu ildən etibarən “Kreditlərin Təhlili” şöbəsinin müdiri kimi “Rabitəbank” ASC-də fəaliyyətə başlayan Natiq Novruzov bankda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2011-2013-cü illərdə Risklərin İdarə Edilməsi Departamentində direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin direktoru vəzifələrini icra etmişdir. 2020-2023-cü illərdə Risk üzrə Baş Direktorun müavini kimi fəaliyyət göstərən Natiq Novruzov, 2023-cü ildən etibarən isə Baş Direktor olaraq Rabitəbankın Baş Risk İnzibatçısıdır.

Uzun illər ərzində qazandığı dərin təcrübə ilə seçilən Natiq Novruzovun yeni vəzifədə fəaliyyəti Rabitəbankın dayanıqlı inkişaf strategiyasının daha da möhkəmləndirilməsinə, risk idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə və bankın institusional dayanıqlılığının daha yüksək səviyyəyə çatdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment