Digər xəbərlər


ASAN TV - 2 yaş
18.03.2026

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radionun bazasında 2 il əvvəl ASAN TV fəaliyyətə başlayıb.

Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya bu istiqamətdə işini uğurla davam etdirir.

Azərbaycanın ASAN brendinin bir sıra ölkələrə ixracı, “ASAN xidmət”in həm ölkəmizdə, həm xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, bir sıra layihələrin reallaşdırılması haqqında məlumatlar ASAN TV-də geniş işıqlandırılır.

Bundan əlavə, əsas məqsəd faydalı, maraqlı mövzuların, maliyyə, media savadlılığı və digər istiqamətlərdə məzmunun asan dildə izləyicilərə çatdırılmasıdır.

ASAN TV-nin “Youtube”, “Instagram”, “TikTok” və digər sosial media hesablarında paylaşılan müxtəlif mövzular, istiqamətlər böyük auditoriya toplaya bilib. Səhifələrdə sosial, iqtisadi, mədəni, idman və s. mövzularda qısa, faydalı məlumatlar təqdim olunur.

Paylaşımlar 2 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 230 milyona yaxın baxış toplayıb.

Həm ASAN Radio, həm də ASAN TV süni intellektin inkişafına xüsusi diqqət yetirir. Elə yerli media məkanında ilk süni intellekt əsasında yaradılan aparıcı məhz ASAN TV-nin “əməkdaşı” ASANİYƏdir. O, innovasiya sahəsində yenilikləri izləyicilərə böyük maraqla çatdırır.

ASAN TV və “Ədibin Evi”nin Vətən müharibəsində qazanılmış qələbəmizin 5 illiyi münasibətilə çəkdiyi “Zəfər rəqsi” bədii filmi böyük maraqla izlənib.

ASAN TV bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır. Dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq məmnunluqla davam etdirilir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment