Martın 17-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Gürcüstan və Rusiya gömrük xidmətinin nümayəndələri arasında onlayn formatda görüşlər keçirilib.
Gürcüstan gömrük xidmətinin əməkdaşları ilə keçirilən görüşdə gömrük anbarında xarici malların satışı və rəsmiləşdirilməsi prosesi, gömrük rüsumlarının mərhələli ödənilməsi mexanizminin tənzimlənməsi, beynəlxalq göndərişlər üçün ilkin bildiriş sisteminin tətbiqi, gömrük təmsilçiliyi institutu və digər məsələlər müzakirə olunub. Görüşdə hər iki ölkənin vergi xidmətinin əməkdaşları da iştirak ediblər.
Rusiya Federal Gömrük Xidmətinin əməkdaşları ilə görüşdə isə SİO-ların seçilməsi, qiymətləndirilməsi və sonrakı monitorinqi, eləcə də SİO proqramı çərçivəsində risklərin idarə edilməsinə dair məsələlər müzakirə olunub.