Digər xəbərlər


Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
17.03.2026

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Martın 16-da Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Sahil Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına və Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Azərbaycanın QDTİB-nin təsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafını dəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun gücləndirilməsinə töhfə verib.

Eyni zamanda bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.

Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırki sədrliyi də diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək növbəti illik toplantısının regional maliyyə əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağı vurğulanıb.

Öz növbəsində, S.Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaratdığını bildirib. O, gələcək əməkdaşlıq çərçivəsində özəl sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin dəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüş zamanı həmçinin, Bankın abunə kapitalının artırılması prosesində Azərbaycanın iştirakı, Bankın idarəetmə strukturunda üzv ölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment