Martın 16-da Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri arasında dövlət sərhədindən buraxılış məntəqələrində infrastruktur və əməliyyatların təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib.
Görüşdə dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və qeydiyyatı proseslərinin sürətləndirilməsi, rəqəmsallaşmanın, məlumat mübadiləsinin genişləndirilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və digər məsələlər müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.