Martın 16-da Dövlət Gömrük Komitəsi və Qazaxıstan gömrük xidmətinin əməkdaşları arasında Səlahiyyətli İqtisadi Operator (SİO) mövzusunda onlayn formatda görüş keçirilib.
SİO-ların gömrük nəzarəti və ticarətin asanlaşdırılmasındakı rolu, SİO proqramı çərçivəsində risklərin idarə edilməsi, risk profillərinin yaradılması, SİO-ların seçilməsi, qiymətləndirilməsi və sonrakı monitorinqi prosedurları, dövlət və özəl sektor arasında institusional əməkdaşlıq və məlumat mübadiləsi və digər mövzularla bağlı müzakirələrin aparıldığı görüşdə qabaqcıl və milli təcrübələrə dair məlumatlar verilib, bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.