18 mart 2026-cı il tarixində Zəngilan rayonunun Ağalı kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Zəngilan rayonu, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzinin binasında keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət edə bilərlər (Tel.: 055 250 79 32, e-mail: vusal.a.ibrahimov@smb.gov.az, Vüsal İbrahimov, KOB dostu).