Sığorta


“2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
16.03.2026

 Mir Camal Paşayev

“2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”. Bu barədə “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib. Belə ki, 2006-cı ildə təsis olunan “PAŞA Sığorta” bu gün fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Şirkət bu dövr ərzində Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyini davamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına nail olub.

Son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.

Fəaliyyət dövrü ərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət təsir göstərib, onların ən çətin və həssas anlarında maliyyə təhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaş kimi çıxış edib.

“20 il ərzində “PAŞA Sığorta”nın inkişaf strategiyasının əsasını müştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizin ehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyata keçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqi sayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan və effektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanın imkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyər yaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqla doğrultmaqdır”, – deyə “PAŞA Sığorta”nın baş icraçı direktoru Niyaz İsmayılov bildirib.

Bu gün “PAŞA Holding”ə daxil olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı reytinqini isə “B++”, proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Yarandığı ilk gündən “PAŞA Sığorta” cəmiyyətin rifahı üçün bir çox sosial layihələr həyata keçirir. Uşaqların təhsili, ölkə idmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində layihələr şirkətin sosial missiyasının əsasını təşkil edir. Bununla yanaşı, “PAŞA Sığorta” ölkə və qlobal gündəmdə baş verən proseslərə uyğun olaraq sosial fəaliyyətini daim aktual və prioritet mövzulara uyğunlaşdırması ilə də fərqlənir. Pandemiya dövründə səhiyyə işçilərinə dəstəyin göstərilməsi, Kubadan peşəkar həkimlərin ölkəmizə cəlb edilməsi, Vətən müharibəsindən təsirlənən ailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyata keçirilməsi bu mövqeyin bariz nümunələrindəndir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment