Digər xəbərlər


Travma və əməliyyatdan sonra reabilitasiya – fizioterapiyanın rolu Müsahibə
13.03.2026

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Afət Çəndirli travma və əməliyyatdan sonra reabilitasiya barədə “Sia” agentliyinə müsahibə verib. 

Afət həkim, travma və əməliyyatdan sonra bədənin funksiyalarını tam bərpa etmək üçün hansı addımlar atılmalıdır və fizioterapiyanın rolu nədir?

Travma və sınıqların müalicəsindən sonra bədənin funksiyalarını tam bərpa etmək üçün sistemli reabilitasiya çox vacibdir. Təəssüf ki, yalnız dərman və istirahət ağrı, şişkinlik və hərəkət məhdudiyyətini aradan qaldıra bilmir. Bu səbəbdən fizioterapiya müasir reabilitasiya proqramlarının ayrılmaz hissəsi sayılır. Onun əsas məqsədi əzələ gücünü artırmaq, oynaqların hərəkətliliyini təmin etmək və tarazlıqla koordinasiyanı bərpa etməkdir.

Reabilitasiya proqramı necə mərhələlərdə aparılır?

Reabilitasiya mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə əsas məqsəd şişkinlik və ağrının azaldılmasıdır. Bu dövrdə passiv hərəkət məşqləri və yumşaq toxumalara yönəlmiş prosedurlar tətbiq olunur. İkinci mərhələdə aktiv məşqlər və əzələ gücünü artıran təlimlər başlayır. Son mərhələdə isə gündəlik fəaliyyətlərin bərpasına yönəlmiş məşqlər və balans təlimləri icra olunur. Hər bir xəstə üçün proqram fərdi hazırlanır - yaş, zədənin növü, əməliyyatın ağırlığı və ümumi sağlamlıq vəziyyəti nəzərə alınır.

Travma və əməliyyatdan sonra hansı fizioterapiya prosedurları daha effektivdir?

Biz pasiyentlərə  manual terapiya və masaj, passiv və aktiv hərəkət məşqləri, elektroterapiya, ultrasəs və lazer terapiyası, istilik və soyuq terapiya, tarazlıq və funksional məşqlər kimi prosedurların istifadəsini tövsiyə edirik. 

Manual terapiya və masaj yumşaq toxumaların gərginliyini aradan qaldırır, şişkinliyi və ağrını azaldır, əzələ tonusunu normaya gətirir. Passiv və aktiv hərəkət məşqləri – oynaqların hərəkətliliyini bərpa edir, əzələ gücünü artırır və travmadan sonra sərtliyi azaldır.  Elektroterapiya (elektrostimulasiya) – zədələnmiş əzələlərin gücünü bərpa etməyə kömək edir, ağrı və şişkinliyi azaltmaq üçün effektivdir. Ultrasəs və lazer terapiyası – qan dövranını yaxşılaşdırır, toxumalarda sağalma prosesini sürətləndirir və ağrını azaldır. İstilik və soyuq terapiya – travmanın ilk günlərində şişkinlik və iltihabı azaltmaq üçün soyuq, sonrakı mərhələlərdə isə əzələ elastikliyini artırmaq üçün istilik terapiyası tətbiq olunur. Tarazlıq və funksional məşqlər – duruş və koordinasiyanı bərpa edir, gündəlik fəaliyyətlərin təkrarını təmin edir və travma sonrası düşmə riskini azaldır.

Reabilitasiya zamanı pasiyentlər  hansı qaydalara əməl etməlidirlər?

Reabilitasiya prosedurları yalnız həkim və fizioterapevtin nəzarəti altında aparılmalıdır. Pasiyentlər  məşqləri ağrı ilə qarışdırmamalı və özbaşına sürətlə artırmamalıdır. Hər bir proqram mərhələli və fərdi yanaşma ilə hazırlanır. Sistemli məşqlər və fizioterapiya yalnız fiziki deyil, həm də psixoloji bərpa prosesini dəstəkləyir. Bu, bədənin funksional və uzunmüddətli sağlamlığını qorumağa imkan verir.

Afət xanım, travma və əməliyyatdan sonra reabilitasiyanın ən vacib faydası nədir?

Ən böyük fayda odur ki, reabilitasiya bədənin funksiyalarını tam bərpa edir, ağrını azaldır və həyat keyfiyyətini yüksəldir. Eyni zamanda düzgün həyata keçirilmiş reabilitasiya gələcəkdə yenidən travma riskini də azaldır. Bütün bu proseslərin uğuru isə yalnız peşəkar nəzarət və sistemli yanaşma ilə təmin edilə bilər.

Düzgün planlanmış və mərhələli reabilitasiya proqramı həmçinin gələcəkdə yenidən travma riskini əhəmiyyətli dərəcədə azaldır. Məsələn, əzələlər gücləndikcə, oynaqlar daha çevik olduqca və balans yaxşılaşdıqca, bədənin travmaya qarşı müqaviməti artır. Bütün bunların uğuru isə yalnız peşəkar nəzarət və fərdi yanaşma ilə mümkündür. Hər xəstənin yaşına, zədənin növünə, əməliyyatın ağırlığına və ümumi sağlamlıq vəziyyətinə uyğun hazırlanmış proqram bədənin həm fiziki, həm də funksional sağlamlığını qoruyur. Reabilitasiya təkcə bərpa prosesini sürətləndirmir, həm də uzunmüddətli sağlamlıq üçün əsas bir investisiyadır.


Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment