Martın 12-də Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə Komitə rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə gömrük sistemində ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın, məmnunluğun artırılması, xidmət keyfiyyətinin yüksəldilməsində ictimai iştirakçılığın mühüm rol oynadığı vurğulanıb, bu istiqamətdə atılan addımlar, şuranın fəaliyyətinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda İctimai Şuranın üzvlərinə vəsiqələr təqdim olunub.