Banklar


Rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
13.03.2026

 “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində 2025-ci il ərzində Mərkəzi Bank tərəfindən dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin yüksəldilməsi, habelə əhalinin nağdsız ödəniş vərdişlərinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib və ölkəmiqyaslı layihələr reallaşdırılıb.

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması və fintexlərin ödəniş bazarına cəlb edilməsi çərçivəsində ötən il ərzində 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilib. 2025-ci ilin sonuna ödəniş bazarında 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir.

Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99.1 mlrd. manat olub. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq 67.6% olub. 2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54.2%-i nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9% bəndi artaraq 20%-ə bərabər olub.

2025-ci il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin sayı 59.7 mln. әdәd, hәcmi isә 889.3 mlrd. manat tәşkil edib. Aparılan köçürmәlәrin say üzrә 94.4%-i, hәcm üzrә isә 82.5%-i mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2025-ci il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2024-cü illә müqayisәdә 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 14.3% artaraq 73 mlrd. manat olub.

Hesab əsaslı ödənişlərdən istifadəyə imkan verən və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artıb. Nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədilə qanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasına dair yeni tələblər əlavə edilib, ölkə üzrə vahid AZQR kod standartının tətbiqi tələb kimi müəyyən edilib. AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə, ödənişlərin həcmi isə 7.1 dəfə artıb. Ölkədə vahid AZQR kod standartının tətbiqi QR kod ödəniş həllinin genişlənməsini təmin etməklə, nağdsız ödənişlər üzrə formalaşan bank xərclərinin azalmasına imkan verir. Bu isə öz növbəsində milli ödəniş infrastrukturunun imkanlarından effektiv istifadəni təmin edir və lokal ödəniş həllərinin əhatəliliyinin artmasına şərait yaradır.

2025-ci il ərzində rəqəmsal ödənişlərin inkişafına təkan verən nəqliyyat layihəsi uğurla icra edilib. Bakı şəhərində ictimai nəqliyyatda, o cümlədən nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında və Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bütün bank kartları, eləcə də mobil cihazlar vasitəsilə ödənilməsi imkanı yaradılıb. Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığı aradan qaldıraraq, istifadəçilərə ictimai nəqliyyatda bank kartları və mobil cihazlar ilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir. Layihənin icrası, eyni zamanda, turistlər tərəfindən lokal nəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimai nəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etmək imkanını təqdim edib.

Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirir.

2025-ci il üzrə Rəqəmsal ödənişlər icmalını nəzərdən keçirmək üçün link:

https://uploads.cbar.az/assets/4b03440d5e80a48c2e7430c1f.pdf2c0619e977.pdf

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment