Çinin “iSoftStone” şirkəti ilə rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və müasir İT həllərinin inkişafı istiqamətində əməkdaşlıq müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə rəqəmsal iqtisadiyyat, innovasiya və yüksək texnologiyalar sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər iqtisadiyyatın rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi, müasir İT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.
Müzakirələr zamanı texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.