Digər xəbərlər


Maliyyə Nazirliyində Slovakiya səfiri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
12.03.2026

Maliyyə Nazirliyində Slovakiya səfiri ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 11-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb.

Görüşdə Azərbaycanla Slovakiya arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 

A.Kərimov qeyd edib ki, iki ölkə arasında münasibətlər 7 may 2024-cü il tarixində imzalanmış Birgə Bəyannamə ilə təsis edilmiş Strateji Tərəfdaşlıq çərçivəsində inkişaf edir, yüksək səviyyəli təmaslar və qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Eyni zamanda, iqtisadi əməkdaşlıq məsələlərinə toxunan A.Kərimov qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb, Slovakiya Respublikasının Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakovanın Azərbaycana planlaşdırılan səfərinin iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüş zamanı həmçinin, Slovakiyanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə göstərdiyi maraq yüksək qiymətləndirilib və Ağdam rayonunda məktəbin tikintisinə verdiyi dəstək xüsusi qeyd olunub.

Öz növbəsində, səfir E.Qasımov iki ölkə arasında investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib. O, xüsusilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Slovakiyaya Azərbaycan qazının pilot tədarükünün həyata keçirildiyini və Slovakiyanın dövlətə məxsus əsas qaz sənayesi şirkətinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı, həmçinin təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment