Martın 10-da Dövlət Gömrük Komitəsi və Malayziya Krallığı gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
“Bir pəncərə” sistemi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan görüşdə bu sahəyə dair qabaqcıl təcrübələr və yeniliklərlə bağlı ətraflı məlumat verilib. Həmçinin ölkəmizdə idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, “bir pəncərə” informasiya sisteminin yaradılması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Görüşdə hər iki ölkənin gömrük xidmətinin əməkdaşları mövzu ilə bağlı təqdimatlarla çıxış edib, əldə olunan təcrübələr barədə məlumat veriblər.