13 mart 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndidə vətəndaşları qəbul edəcək.
Qəbul saat 12:00-dan etibarən Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi 2 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.