Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 4-5 mart 2026-cı il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsi Ekspert Qrupu”nun üzvlərinin və bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Macarsıtan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Erste Bank, MHB Bank, OTB Bank və K&H Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
İnsan resurslarının strateji idarə olunması;
İşə qəbul və işçi planlaşdırması;
Rəqəmsal və süni intellekt əsaslı hr həlləri;
Uzaqdan və çevik iş modelləri;
Performansın və bacarıqların idarə edilməsi;
Maliyyə və qeyri-maliyyə motivasiya mexanizmləri;
Təlim və inkişaf sistemləri;
HR analitikası və məlumatlara əsaslanan qərarvermə;
İşçi cəlbetməsi və daxili ünsiyyət.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 250-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.