Digər xəbərlər


Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa
10.03.2026

Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa 

Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə marağının artması müşahidə olunur. Dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsində qadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığı genişlənməkdədir. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2026-cı ilin 1 yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların 23,7%-ni qadınlar təşkil edir. 2023-cü illə müqayisədə fərdi qadın sahibkarların sayı 28,5% artıb. 

Sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.  

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38%-ni, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,2%-ni təşkil edir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsünə əsasən Qazax-Tovuz (28,7%), Naxçıvan Muxtar Respublikası (27,8%), Gəncə-Daşkəsən (26,2%), Bakı (25,6%), Şərqi Zəngəzur (24,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların iqtisadiyyatda və məşğulluqda rolunun artırılması prioritetlər sırasındadır. Qadınların biznes fəaliyyətinə başlaması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz təlimlər keçirilir, məsləhət xidməti göstərilir. Daxili bazar araşdırması, sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək, investisiya təşviqi sənədi, klasterlər üçün şəhadətnamə, qrant, “Startap” şəhadətnaməsi və s. dəstək mexanizmləri vasitəsilə qadın sahibkarlar mövcud güzəştlərdən yararlanır, onların maliyyə resurslarına və satış bazarlarına çıxışı dəstəklənir. İndiyədək KOBİA tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çox təlim keçirilib, 2600-dən çox məsləhət xidməti göstərilib, Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planın hazırlanmasında dəstək təmin olunub. Qadın sahibkarların müraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb. Ümumilikdə 1030-dan çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. 

Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib. 

Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib. 

KOBİA və tərəfdaş dövlət və özəl qurumların birgə əməkdaşlığı çərçivəsində qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən “Biznesdə qadınların gücü”, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” kimi müxtəlif layihələr həyata keçirilib. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment