Mərkəzi Bank tərəfindən ictimai kommunikasiyasının genişləndirilməsi, həmçinin bu istiqamətdə şəffaflıq və əlçatanlığının daha da artırılması çərçivəsində Müsahibə Komissiyasında müraciətlərə baxılması üzrə statistika açıqlanıb. Statistikada qeyd olunan məlumatlar 2025-ci il ərzində bank, sığorta və kapital bazarı sektorlarında Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyinatı üzrə keçirilən ümumi müsahibələrin sayını, eləcə də uyğun hesab edilən və uyğun hesab edilməyən müsahibə nəticələrinə dair statistikanı əks etdirir. Bu məlumatların illik əsasda açıqlanması nəzərdə tutulub.
Məlumatı nəzərdən keçirmək üçün link: https://uploads.cbar.az/assets/8fab9c0a702990d2c0619e977.pdf