ABA-nın nəznində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq” üzrə Ekspert Qrupunun 05 mart 2026-ci il tarixində, “Zoom proqramı” üzərindən onlayn formatda növbəti görüşü keçirilmişdir.
İclasda Ekspeert Qrupunun tərkibində yeni Alt İşçi Qruplarının yaradılması, həmçinin digər cari məsələlərin müzakirəsi baş tutmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.