Digər xəbərlər


Əməkdar həkim, professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib
03.03.2026

28 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqres öz işini Mərkəzi Gömrük Hospitalında davam etdirib.  

Konqres çərçivəsində təşkil olunan elmi simpozium Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynovanın anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Simpoziumda açılış nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev tədbir iştirakçılarını salamlayaraq, professor Nəsibə Hüseynovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna rolundan danışıb. O qeyd edib ki, alimin formalaşdırdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də ölkəmizdə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verir.

Daha sonra tədbirin rəsmi açılış hissəsidə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və  Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxış edərək professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin pediatriyada klinik düşüncə tərzinin, elmi yanaşmanın və müasir müalicə prinsiplərinin formalaşmasında, eləcə də gənc həkimlərin və rezidentlərin hazırlanmasında  mühüm rol oynaması barədə  ətraflı danışıblar. 

Daha sonra professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda görkəmli alimin zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pediatriyasının inkişafına verdiyi mühüm töhfələr, formalaşdırdığı elmi məktəb və yetişdirdiyi çoxsaylı həkim kadrlar barədə ətraflı məlumat təqdim olunub.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin və  Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, Professor Rauf Bəylərovun moderatorluğu ilə keçirilən “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda interaktiv paneldə ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Sabirə Hüseynova və BTK-nın uzman dietoloqu Lala Mahmudova “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə “Uşaq qastroenterologiyasında klinik və bioetik çağırışlar”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova “Rəqəmsal bağırsaq sağlamlığı – Mikrobiota – Davranış – Ətraf mühit”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Uşaqlarda qaraciyər genetik və metabolik xəstəliklərinə ümumi yanaşma” mövzusunda çıxış ediblər.

Tibb üzrə fəlsəfə doktoru Gülnarə Nəsrullayeva, tibb üzrə fəlsəfə doktoru Nüşabə Mollayeva və Bəyaz Namazovanın moderatorluğu ilə keçirilən ikinci sessiyada  Respublika Pediatriya Mərkəzinin həkimi Dr.Azər Əhmədov “Kəskin və xronik ishalın tele-tibbdə idarə edilməsi; Dehidratasiya riskinin Sİ analizləri”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, uşaq cərrahı Dr.Vüsal Cəfərov “Uşaqlarda öd daşı xəstəliyinə müasir yanaşma”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Dr.Təranə Göyüşova “Autizm spektr pozulması olan uşaqlarda vitamin və mikronutrient dəstəyi”, Baku Medical Plaza klinikasında Pediatriya və Neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Dr.Erkin Rəhimov və MedEra klinikasının həkimi, t.ü.f.d. Dr.Əli Quliyev “Mini-debat: Uşaqlarda xroniki qəbzliyə multidissiplinar yanaşma” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkimi Dr.Aygün Sadıxova “Uşaqlarda laktoz çatışmazlığı” mövzularında çıxış ediblər. 

Professor Aytən Məmmədbəylinin, dos.Nigar Bayramovanın və t.ü.f.d. Əli Quliyevin moderatorluğu ilə keçirilən  “İnteraktiv sessiya: Beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraq” paneliində  ATU-nun II Uşaq xəstəlikləri kafedrasının həkimi Dr.Nərgiz Məmmədova “Prematüre və yüksək riskli yenidoğulmuşların erkən nevroloji qiymətləndirilməsi və inkişaf monitorinqi”, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikasının Baş həkimi, dos.İkram Rüstəmov “Hibrid dünyada inkişaf geriliyi, autizm və davranış problemləri: kim, nə zaman və haraya yönləndirilməlidir?”, Nitq və inkişaf pozulmaları üzrə uzman Dr.Nigar Həsənova “Peyk simpozium. Autizmli uşaqların elmi sübuta əsaslanan təlimi” mövzularında çıxış ediblər. 

Simpoziumun sonunda qeyd olunub ki, belə genişmiqyaslı və elmi baxımdan zəngin proqram pediatriya sahəsində aktual problemlərin müzakirəsi, innovativ yanaşmaların tətbiqi və multidissiplinar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxış edənlər vurğulayıblar ki, professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin işığında keçirilən bu simpozium həm milli pediatriya elminin inkişafına yeni impuls verir, həm də gənc mütəxəssislər üçün dəyərli təcrübə platforması rolunu oynayır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.


Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi

Dilarə Zamanova 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment