Martın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük və gömrük anbarları: Rejimlər, prosedurlar, öhdəliklər və onların beynəlxalq logistikada rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədov, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Antonio Lo Parco logistika və tranzit imkanlarının daha da genişləndirilməsi baxımından gömrük anbarlarının inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə atılan məqsədyönlü addımların beynəlxalq ticarətin təşviqinə töhfə verəcəyini diqqətə çatdırıblar.
Daha sonra Türkiyə Respublikasının Ticarət Nazirliyinin ekspertləri Funda Alpay və Beyza Deniz Vargil mövzu ilə bağlı təqdimatlarla çıxış edib, iştirakçıların suallarını ətraflı cavablandırıblar.