Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilmişdir.
Görüşdə «Daşınar əmlakın yüklülüyünə əsaslanan maliyyələşmə» (ABF) və «Rəqəmsal Maliyyə Xidmətləri» (DFS) layihələri çərçivəsində görülən işlər, cari status və növbəti addımlar müzakirə olunmuşdur. Tərəflər Qaimələrin Qeydiyyatı Sistemi, Milli Təchizat Zəncirinin Maliyyələşdirilməsi Platforması, Açıq bankçılıq, vahid KYC yanaşması, agent bankçılıq və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.
Görüşdə layihələrin ölkədə maliyyə inklüzivliyinin artırılması və real sektorun maliyyələşməsinin genişləndirilməsinə verəcəyi töhfə vurğulanmışdır.