Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə “Bank of New York Mellon”un (BNY Mellon) ölkəmizdə səfərdə olan rəsmiləri ilə görüş keçirib.
Görüşdə Azərbaycanın kapital bazarı ekosistemində MDM-in rolu və inkişaf strategiyası, barədə məlumat verilib. Tərəflər «BNY Mellon»un daxili bazarda yeni məhsulların təqdim edilməsindəki rolu, MDM-in nominal saxlayıcı qismində «Bank of New York Mellon»un üzvlüyə qəbulu və hesabın açılması istiqamətində perspektivləri müzakirə edilib.
Qeyd edək ki, MDM-in 2024–2026-cı illəri əhatə edən inkişaf strategiyasında beynəlxalq maliyyə qurumları və depozitarlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.