Digər xəbərlər


Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib
27.02.2026

Kaxetidə təşkil edilən Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub, panel müzakirə və B2B görüşlər keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda iştirak etmək üçün Gürcüstana işgüzar səfər edib. Səfər çərçivəsində Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Gürcüstanın Kaxeti regionunda ölkənin İqtisadiyyat və Davamlı İnkişaf, Azərbaycanın İqtisadiyyat, Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Gürcüstanın Ticarət və Sənaye Palatası (GCCI), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) birgə təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər üç ölkədən sənaye, maliyyə, energetika, İKT, nəqliyyat, logistika,  kənd təsərrüfatı, və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömer Bolat çıxış ediblər.

Vurğulanıb ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Qeyd olunub ki, bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb. Enerji resurslarından effektiv istifadə, Orta Dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir.

Tədbirdə üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli ticarət münasibətləri barədə məlumat verilib.  

Forum çərçivəsində “Biznes liderlərinin perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, həmçinin yeni tərəfdaşlıqların qurulması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində B2B görüşlər təşkil olunub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment