Digər xəbərlər


Gürcüstan və Türkiyə ilə iqtisadi əməkdaşlıq müzakirə olunub
27.02.2026

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanda bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri və Türkiyənin ticarət naziri ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları haqqında müzakirələr aparılıb, Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömər Bolatla görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. 

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili ilə görüşdə Azərbaycan–Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyi və regional layihələr çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı ilə reallaşdırılan layihələr regionun inkişafı üçün önəm kəsb edir. Tərəflər işgüzar əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin perspektivlərini, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə işbirliyinin gündəliyində olan prioritet məsələləri nəzərdən keçiriblər.

Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə vurğulanıb ki, bütün istiqamətlərdə uğurlu strateji tərəfdaşlıq həyata keçirilir. Ölkələrimizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı layihələr bölgənin mənzərəsini dəyişir. Azərbaycan-Türkiyə birliyi qardaş ölkə ilə enerji sahəsində nəhəng layihələrin həyata keçirilməsində də özünü bariz şəkildə göstərir. Türkiyə ilə iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Bununla yanaşı, qarşılıqlı ticarətin artırılması üçün böyük imkanlar var və bu yöndə hədəflərə nail olunması üçün səylərin daha da gücləndirilməsi önəmlidir. Görüş zamanı iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların davamlı artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında müzakirələr aparılıb. Müzakirələr çərçivəsində tərəflər arasında Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment