Digər xəbərlər


İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
27.02.2026

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi yad edilib.

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Nazirliyin strukturuna daxil olan və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları iştirak ediblər. Anım tədbirində soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Xocalı soyqırımı XX əsrin sonunda azərbaycanlılara qarşı baş vermiş ən ağır faciələrdən biridir. Azərbaycan xalqı Ermənistan tərəfindən törədilən bu soyqırımı və torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. 

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. 

Xocalı soyqırımına hüquqi qiymət verilməsi, bu soyqırımı aktının dünyada tanıdılması işi dövlət səviyyəsində qarşıya məqsəd kimi qoyulub. Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası təşkil edilib, dünyanın bir sıra ölkələri dövlət və parlament səviyyəsində Xocalı soyqırımını tanıyıblar. 

Xocalı qurbanlarının, müharibədə şəhid olmuş hərbçilərimizin, mülki şəxslərin qisası döyüş meydanında alınıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində böyük Zəfər qazandı. Bildirilib ki, 2023-cü ilin sentyabr ayının 23-də Ordumuzun antiterror əməliyyatından sonra dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini Xocalıda andı, onların xatirəsini əbədiləşdirmək üçün orada xocalılılarla birgə memorial kompleksin təməli qoyuldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib. Hazırda Xocalıda həyat yenidən dirçəlir, əzəli sakinlər torpaqlarına qayıdır. Lakin xalqımız tariximizi, bu faciəni heç vaxt unutmamalı və şəhidlərin xatirəsini daim uca tutmalıdır.

Tədbirdə Xocalı soyqırımına dair “Əsir uşaqlıq” sənədli filmi nümayiş etdirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment