Digər xəbərlər


İqtisadiyyat nazirinin birinci müavini İslam İnkişaf Bankı Qrupunun rəhbər şəxsləri ilə görüşüb
26.02.2026

İqtisadiyyat nazirinin birinci müavini Ciddə şəhərində İslam İnkişafı Bankı (İİB) Qrupunun rəhbər şəxsləri ilə görüşüb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfəri çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşüb.

Görüşdə Azərbaycan və İİB Qrupu arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyi vurğulanıb. İİB-nin dəstəyi ilə ölkəmizin Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığının daha da dərinləşdiyi və prioritet infrastruktur layihələri üzrə əlaqələrin gücləndiyi diqqətə çatdırılıb.

Azərbaycanın 16 ildən sonra bu il yenidən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu mötəbər tədbirin ölkəmizin beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığının möhkəmlənməsinə əlavə töhfə verəcəyi bildirilib.

Görüşdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə İİB ilə imzalanmış tərəfdaşlıq sənədinin regionun dayanıqlı inkişafı və aqrar potensialının reallaşdırılmasında əhəmiyyəti qeyd edilib.

Tərəflər enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, su resurslarının idarə olunması və digər istiqamətlərdə potensial layihələr və investisiya imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-nin vitse-prezidenti Rami Əhmədlə görüşüb.

Görüşdə İslam İnkişaf Bankı və onun üzv olduğu Ərəb Koordinasiya Qrupunun digər qurumları ilə birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub.

Tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindən maliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub. İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmi təqdimat mərasimində iştirak edib. Sənədli filmdə Bankın tarixi, əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsilə üzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment