"BQ" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
25.02.2026
25 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"BQ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2007020939
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/Birqiymətli hərrac
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir