Digər xəbərlər


Sosial mediada canlı efirlər: Şəffaf və operativ kommunikasiya modeli
25.02.2026

Müasir informasiya dövründə ictimaiyyətlə əlaqələr artıq təkcə rəsmi açıqlamalar və yazılı məlumatlarla məhdudlaşmır. İnsanlar informasiyanı daha sürətli, daha şəffaf və daha səmimi formada almaq istəyirlər. Məhz bu səbəbdən canlı yayımlar sosial şəbəkələrdə müasir PR strategiyasının ən təsirli alətlərindən birinə çevrilib.

Canlı yayım sadəcə video format deyil. Bu, auditoriya ilə birbaşa ünsiyyət, qarşılıqlı etimad və açıq dialoq platformasıdır. Ənənəvi kommunikasiya birtərəfli məlumat ötürməyə əsaslanırdısa, canlı efir sual-cavab, fikir mübadiləsi və real zamanlı reaksiya imkanı yaradır. Bu isə PR-ın əsas prinsipi olan qarşılıqlı ünsiyyət modelini gücləndirir.

Xüsusilə səhiyyə sahəsində insanlar etibarlı və dəqiq məlumat axtarışındadırlar. Həkimlərin və mütəxəssislərin sosial şəbəkələr vasitəsilə canlı çıxış etməsi, sualları birbaşa cavablandırması və mürəkkəb tibbi mövzuları sadə dildə izah etməsi cəmiyyətdə güvən yaradır.

Canlı efirdə mimika, səs tonu və təqdimat üslubu da mesajın qəbuluna təsir edir. Bu isə yazılı mətndən fərqli olaraq daha emosional və daha təsirli kommunikasiya imkanı verir.

Peşəkar PR yanaşmasına görə, hər bir kommunikasiya fəaliyyəti planlı və məqsədyönlü olmalıdır. Canlı yayım da istisna deyil.Əvvəlcəmaarifləndirmə nə məqsəd daşımasını müəyyənləşdirmək lazımdır. Məqsəd aydın olduqda mesaj da daha təsirli olur.

Canlı yayımın texniki tərəfi də az əhəmiyyət daşımır. Aydın səs, düzgün işıqlandırma, səliqəli fon və rahat çıxış mühiti peşəkarlıq göstəricisidir. Xüsusilə tibbi müəssisələr üçün vizual səliqə və rəsmi atmosfer etimad faktorunu artırır.İzləyici ilk saniyələrdə qərar verir: izləsin, yoxsa keçsin. Buna görə təqdimatın estetik və texniki səviyyəsi vacibdir.

Dezinformasiya və ya yanlış məlumat yayıldığı hallarda canlı yayımlar sürətli və şəffaf açıqlama vermək üçün ən effektiv vasitələrdən biridir.Belə hallarda rəsmi mövqe gecikmədən faktlara əsaslanan məlumat təqdim edilməlidir. Həmçinin, auditoriyanın sualları açıq şəkildə cavablandırılmalıdır. Şəffaflıq reputasiyanın qorunmasının əsas şərtidir.

Səhiyyə sektorunda canlı efirlərin əsas məqsədi reklam deyil, cəmiyyətin sağlamlıq savadlılığını artırmaqdır. Profilaktik müayinələrin əhəmiyyəti, düzgün həyat tərzi, erkən diaqnostika və müasir müalicə üsulları barədə məlumatların birbaşa çatdırılması həm sosial məsuliyyət, həm də effektiv PR nümunəsidir.

Bu format həkimlə vətəndaş arasında psixoloji məsafəni azaldır, müraciət etməyi asanlaşdırır və açıq kommunikasiya mühiti yaradır.Sosial şəbəkələrdə canlı yayımlar müasir ictimaiyyətlə əlaqələrin dinamik və təsirli formasıdır. Düzgün planlaşdırılmış, peşəkar şəkildə təşkil olunmuş və səmimi təqdim edilmiş canlı efirlər təşkilatın reputasiyasını möhkəmləndirir, ictimai etimadı artırır və davamlı kommunikasiya platforması yaradır.Canlı ünsiyyət informasiya deyil, münasibət yaradır. Müasir PR isə məhz bu münasibətlərin üzərində qurulur.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment