"MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
25.02.2026
19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MERKURİ BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002019753 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"MERKURİ BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002019753
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/Birqiymətli Hərrac
İstiqrazların sayı
22,000 ədəd
İlkin ticarət qiyməti
50 manat
İstiqrazların buraxılış həcmi
1,100,000 manat
İllik gəlirlilik faizi
17%
Hərrac qiyməti
50 manat
İstiqrazların reallaşdırılmış həcmi
1,100,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,100,000 manat
İnvestor sayı
50
Sifariş sayı
50
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir