Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 9 fevral 2026-сı il tarixli 3-23/3-4-1/2026 nömrəli Qərarı ilə “Maliyyə Hesabatlarinin Beynəlxalq Standartlarina əsasən sığortaçılarda və təkrarsığortaçılarda mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
Bu Qaydalar “Mühasibat uçotu haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 192 nömrəli Fərmanı və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanıb.
Qaydalarda maliyyə hesabatlarının tərkib hissələri, formaları, mühasibat uçotunun Hesablar Planı, həmin Hesablar Planı əsasında aktiv, öhdəlik, kapital, gəlir və xərc elementlərinin uçotda əks etdirilməsi, habelə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat yazılışlarının verilməsi öz əksini tapıb.
Sözügedən qaydalarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən sığortaçılarda və təkrarsığortaçılarda mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2017-сi il 30 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında