Balakən və Biləsuvar gömrük idarələrində xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib.
Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Zaqatala rayonunda yerləşən Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə keçirilən görüşdə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları, 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası, həmçinin “Məcburi Qərarlar”ın əldə edilməsi və üstünlükləri barədə məlumat verilib.
Biləsuvar Gömrük İdarəsində isə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”ndan həmçinin, gömrük sistemində aparılan təkmilləşdirilmələrdən bəhs olunub.
Tədbirlərdə sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.