Digər xəbərlər


Maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlər müəyyənləşdirilib
24.02.2026

Fevralın 23-də Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanun və onun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Dəyişikliklər bir sıra məsələlərlə yanaşı, dövlət maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə bank sirri təşkil edən məlumatların təqdim edilməsi ilə bağlı yeni mexanizmləri müəyyən edir. Belə ki, dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin, habelə dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesabları üzrə müşahidə funksiyalarının həyata keçirilməsi ilə bağlı bank sirrini təşkil edən məlumatların banklar tərəfindən Maliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.

Eyni zamanda, dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatların (vergi ödəyicisinin adı, VÖEN-i və bank hesabları göstərilməklə) növbəti ayın 15-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim edilməsi təsbit edilib.

Bundan başqa, həmin qurumlara məxsus bank hesabları barədə məlumatlar vergi orqanına daxil olduqdan sonra, bank əməliyyatları aparan şəxslər tərəfindən bu məlumatların vergi orqanına təqdim edildiyi gündən sonrakı 1 iş günü müddətində elektron formada Maliyyə Nazirliyinə ötürülməsi nəzərdə tutulur.

Daha ətraflı: https://maliyye.gov.az/news/6475/maliyye-nezaretinin-guclendirilmesi-ile-bagli-yeni-mexanizmler-mueyyenlesdirilib

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment