Digər xəbərlər


Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.02.2026

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin dördüncü və beşinci mövsümünün qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüş zamanı müsabiqənin ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr potensialının üzə çıxarılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Nazir qeyd edib ki, artıq beşinci dəfə keçirilən “Yüksəliş” müsabiqəsi ədalətlilik və şəffaflıq prinsiplərinə əsaslanan qiymətləndirmə modeli ilə seçilir. Onun sözlərinə görə, müsabiqənin mərhələli və obyektiv seçim mexanizmi iştirakçılar üçün bərabər imkanlar yaradır, nəticələrin isə yalnız bilik, bacarıq və liderlik keyfiyyətlərinə əsasən müəyyənləşdirilməsi cəmiyyət tərəfindən formalaşan yüksək etimadın əsasını təşkil edir.

Görüş çərçivəsində Mentorluq Proqramının əhəmiyyətinə də toxunulub. Bildirilib ki, proqram qaliblərə nəzəri biliklə yanaşı real idarəçilik təcrübəsi, strateji düşünmə bacarığı və qərarvermə prosesində praktiki yanaşma qazandırır. Təcrübəli rəhbərlərlə birbaşa ünsiyyət və fərdi inkişaf planı əsasında aparılan iş qaliblərin potensialının sistemli şəkildə inkişafına şərait yaradır.

Görüş zamanı qaliblərin rəy və təklifləri diqqətlə dinlənilib, idarəçilik təcrübəsi, dövlət sektorunda karyera imkanları, innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment