Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyə və Gürcüstanda işgüzar səfərlərdə olub
23.02.2026

Səfərlər Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) üzrə hər iki ölkənin praktiki təcrübəsinin öyrənilməsi, tətbiq mexanizmləri ilə yaxından tanışlıq və Azərbaycanın bu sistemə qoşulması istiqamətində proseslərin sürətləndirilməsi məqsədilə təşkil olunub.

Türkiyə Respublikasına səfər çərçivəsində səlahiyyətli yük göndərən statusuna malik olan TOBB UND Logistika Mərkəzi ziyarət olunub. Şirkət tərəfindən NCTS çərçivəsində tətbiq olunan zəmanət mexanizmləri, qlobal və fərdi təminat alətləri, zəmanətlərin elektron idarə olunması və monitorinqi mexanizmləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti daha sonra Ankara Gar Gömrük Müdürlüyündə NCTS bəyannamələrinin rəsmiləşdirilməsi prosesi, tranzit əməliyyatının başlanması və təyinat gömrük orqanında tamamlanması mərhələləri, nəzarət formalarının seçilməsi və əməliyyatların real vaxt rejimində izlənilməsi mexanizmləri ilə tanış olub.

Səfər çərçivəsində həmçinin Ankara Logistika Mərkəzində tətbiq edilən rəqəmsal həllər, tranzit yüklərinin konsolidasiyası, gömrük nəzarətinin logistika zənciri ilə inteqrasiyası, daşıyıcı və brokerlərlə operativ informasiya mübadiləsi, eləcə də tranzit əməliyyatlarının koordinasiyalı idarə olunması mexanizmləri barədə təqdimat keçirilib.

Gürcüstan Respublikasındakı görüşlər zamanı isə NCTS-in tətbiqi prosesi, elektron məlumat mübadiləsi, risklərin idarə olunması və institusional koordinasiya məsələləri üzrə müzakirələr aparılıb.

Nümayəndə heyəti “Qırmızı Körpü” gömrük postunda real nümunə əsasında TIR nəqliyyat vasitələrinin sərhəd keçidi zamanı NCTS bəyannaməsinin təqdim edilməsi, məlumatların sistem üzərindən yoxlanılması, risk əsaslı nəzarət tədbirlərinin seçilməsi və tranzit əməliyyatının davam etdirilməsi mərhələləri ilə praktiki şəkildə tanış olub.

Səfərlər çərçivəsində əldə olunmuş təcrübə Azərbaycanın “Ümumi Tranzit Proseduru haqqında Konvensiya”ya və “Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında Konvensiya”ya qoşulması istiqamətində həyata keçirilən tədbirlər baxımından mühüm əhəmiyyət kəsb edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment