24 fevral 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Sumqayıt şəhəri və Abşeron rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Abşeron rayonu, Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.