Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində 7/24 saat rejimində uşaqların sağlamlığı üçün fasiləsiz tibbi xidmət göstərilir
19.02.2026

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində balaca pasiyentlərə 7/24 saat rejimində fasiləsiz və yüksək keyfiyyətli tibbi xidmət göstərilir. Şöbədə yenidoğulan körpələrdən başlayaraq bütün uşaqlara beynəlxalq protokollara uyğun diaqnostika və müalicə həyata keçirilir. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Pediatriya şöbəsində xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən yenidoğulanlara xüsusi nəzarət təmin olunur. İlkin skrininq müayinələri, risk qrupuna daxil olan körpələrin müşahidəsi və valideynlər üçün maarifləndirici məsləhətlər xidmət paketinin əsas hissəsini təşkil edir.

Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev, pediatrlar Dr.Fərəh Vahabova, Dr.Təranə Göyüşova, Dr.Minazər Abdullayeva, Dr.Aygün Sadıxova, Dr.Nigar Mirzəyeva və Dr.Nazilə Hüseynova  və uşaq nevroloqu Mehriban Məmmədova 24/7 fasiləsiz tibbi yardım göstərərək körpələrin və uşaqların sağlamlığının qorunmasını təmin edirlər. Qəfil yaranan sağlamlıq problemləri zamanı operativ və peşəkar müdaxilə uşağın sağlamlığının qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, sağlam uşaqların fiziki və psixoloji inkişafına nəzarət məqsədilə mütəmadi kontrol müayinələr həyata keçirilir. Boy, çəki və inkişaf göstəricilərinin izlənilməsi, eləcə də beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramlarının icrası uşaqların sağlam böyüməsinə xidmət edir.

Mərkəzi Gömrük Hospitalında pediatr müayinəsi ilə yanaşı, ehtiyac olduqda digər ixtisas həkimlərinin – otorinolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq və ginekoloqun konsultasiyası da təşkil olunur. Bu isə kompleks və multidissiplinar yanaşmanın təmin edilməsinə imkan yaradır.

Ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətlər müasir laborator və instrumental diaqnostika imkanları ilə dəstəklənir. Pediatriya şöbəsinin fəaliyyətində anaların maarifləndirilməsi xüsusi yer tutur. Həkimlər valideynlərə uşağın düzgün qidalanması, immunitetin möhkəmləndirilməsi, inkişaf mərhələləri və ev şəraitində qulluq qaydaları haqqında ətraflı məlumat verir. Bu kompleks yanaşma uşağın daha tez sağalmasına və sağlam gələcəyinə möhkəm zəmin yaradır.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsi peşəkar tibbi xidmət, müasir texnologiya və insani qayğını bir araya gətirərək balaca pasiyentlərin sağlamlığını etibarlı əllərdə qoruyur. 


 Təklif edilən xidmətlər:

    • İlkin reanimasion tədbirlər;

    • Intubasiya;

    • Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası;

    • Surfaktantın yeridilməsi;

    • Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası;

    • Mübadilə qan köçürülməsi;

    • Fototerapiya;

    • Noninvaziv həyati əhəmiyyətli göstəricilərin monitorinqi;

    • Neonatal skrininq testləri (fenilketonuriya G6PD və s.);

    • Endokrin pozğunluğun təyini;

    • Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanları və s.);

    • Rentgenoqrafiya;

    • Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizləri;

    • Çox az çəkili, yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq;

    • Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun peyvənd təqvimi üzrə vaksinasiya;

    • Doğumdan sonra kontrol müayinələr və vaksinasiya;

 

Müalicə edilən xəstəliklər:

    • Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.);

    • Sepsis;

    • Yenidoğulmuşun hemorragik xəstəliyi;

    • Yenidoğulmuşun hemolitik xəstəliyi;

    • Yenidoğulmuşun anemiyası;

    • Endokrin pozğunluğu olan analardan doğulan uşaqlar;

    • Ağciyər xəstəlikləri;

    • Ürək-damar sisteminin xəstəlikləri;

    • Mədə-bağırsaq sisteminin xəstəlikləri;

    • Böyrək və sidik-ifrazat sistemi xəstəlikləri;

    • Mərkəzi sinir sistemi xəstəlikləri;

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment