Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə növbəti görüş keçirib.
Görüşdə qaliblərin əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb, onların peşəkarlıq səviyyələrinin, gömrük sahəsində idarəçilik səriştələrinin, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
“Yüksəliş” müsabiqəsinin qalibləri proqram çərçivəsində keçirdikləri görüşlərin və aparılan maraqlı müzakirələrin onların gələcək karyera inkişafında böyük rol oynayacağına əminliklərini ifadə ediblər.