Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS)
Layihənin adı: "Yaşanılabilən Bakı" (hazırlıq mərhələsi)
Qrant nömrəsi: TF-C8884
Tapşırığın adı: Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı təmizlənməsi və ərazi bərpası üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə məsləhət xidmətləri
Satınalma planının istinad nömrəsi: AZ-MOEC-CS-CQS-03
Ölkə: Azərbaycan
1. Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.
2. Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı təmizlənməsi və ərazi bərpası üçün Ətraf Mühit və Sosial Çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə xidmətlərini əhatə edir.
Məsləhətçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (İcraçı Qurum) Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədinə əsaslanaraq Abşeron göllərinin təmizlənməsi və ərazinin bərpası üzrə Ətraf Mühit və Sosial Risklərin İdarə Edilməsi (ƏMSRİE) sənəd paketinin hazırlanmasında kömək göstərəcək.
Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2026-cı ilin aprel ayında başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 300,000 ABŞ dollarıdır. Təhvil veriləcək işlərin siyahısı və gözlənilən müvafiq icra müddətləri aşağıdakı keçiddə yerləşdirilən Texniki Tapşırıqda (TT) göstərilmişdir:
https://www.dropbox.com/scl/fi/fu12p0m5gqp6tbt8w0a9k/ToR_Absheron_Lakes_ESF_Tools_13.02.2026-1.docx?rlkey=ft9sdmzqpnjvk249tmtd0ozmv&st=cjm8tbd0&dl=0
3. İcraçı Qurum hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.
4. Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:
(i) Ümumi Təcrübə: a)Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi və Beynəlxalq Maliyyə İnstitutları (BMİ) tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə (Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrdə təcrübəyə üstünlük verilir).
(ii) Xüsusi Təcrübə:
- Göllərin bərpası, şəhər su hövzələri və ya çirklənmiş sahələrin təmizlənməsi layihələri daxil olmaqla ətraf mühitin bərpası və su ilə əlaqəli mürəkkəb layihələr üçün Ətraf Mühitə və Sosial Təsirlərə dair Qiymətləndirmələrin (ƏMSTQ) aparılması sahəsində peşəkar və uğurlu təcrübə, Beynəlxalq Maliyyə İnstitutları tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsinə üstünlük verilir;
- Dünya Bankının Ətraf Mühit və Sosial Çərçivə (ƏMSÇ) sənədinin tətbiqi üzrə təcrübə;
- Ətraf mühitin bərpası texnologiyaları, hidroloji sistemlər və şəhərlərdə ətraf mühitin bərpası sahəsində güclü texniki biliklər;
- Müxtəlif maraqlı tərəflərlə səmərəli əməkdaşlıq qurmaq, konsensus formalaşdırmaq və əməkdaşlığı təşviq etmək bacarığı.
(iii) Oxşar regionlarda təcrübə və heyət səfərbərliyi bacarığı:
Azərbaycan və ya Cənubi Qafqaz regionunda və ya oxşar iqlim şəraitinə malik bölgələrdə təcrübənin olması, həmçinin yerli ətraf mühit və sosial tənzimləyici çərçivələrə dair anlayışın mövcudluğu üstünlük hesab olunur. Texniki tapşırıqda müəyyən edilmiş vəzifələrin icrası üçün tələb olunan ixtisaslı mütəxəssislərin səfərbər edilməsi bacarığı.
Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.
5. Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.
(i) Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.
(ii) Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.
(iii) Bu Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.
(iv) Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.
6. Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.
Qeyd: Yuxarıda 4-cü bənddə qeyd edilən xüsusi təcrübə tələbinə uyğunluğun qiymətləndirilməsi zamanı sub-məsləhətçilərin təcrübəsi nəzərə alınmayacaq.
7. Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.
8. Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 27 fevral 2026-cı il tarixinədək təqdim olunmalıdır.
Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:
Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu
Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail: nhuseynov@economy.gov.az