Digər xəbərlər


“İnteryer, mebel, inşaat və memarlıq sahələrini bir forumda toplamaq ideyası, həm sektorda sinerji yaratmaq, həm də iştirakçılara kompleks baxış təqdim etmək ehtiyacı
18.02.2026

“İnteryer, mebel, inşaat və memarlıq sahələrini bir forumda toplamaq ideyası, həm sektorda sinerji yaratmaq, həm də iştirakçılara kompleks baxış təqdim etmək ehtiyacından yaranıb.”

“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

    • Rafiq bəy, “Facemark” şirkəti olaraq ölkəmizdə müxtəlif istiqamətlərdə tədbirlər təşkilatçısı olaraq tanınırsınız. Bu miqyasda interyer, mebel, inşaat və memarlıq sahələrini bir platformada toplamaq ideyası necə yarandı və təşkilati baxımdan hansı mərhələlərdədir?

    • “Facemark” olaraq əsas məqsədimiz ölkəmizdə müxtəlif sahələrdə peşəkarları, şirkətləri və yenilikləri bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. İnteryer, mebel, inşaat və memarlıq sahələrini bir forumda toplamaq ideyası, həm sektorda sinerji yaratmaq, həm də iştirakçılara kompleks baxış təqdim etmək ehtiyacından yaranıb.

    • 8–9 may tarixlərində keçiriləcək 2 günlük forumun proqram strukturu necə qurulub? Hər günün konsepti və əsas fokus mövzuları nə olacaq?

    • 8–9 may tarixlərində keçiriləcək 2 günlük forum, iştirakçılara həm nəzəri bilik, həm də praktiki təcrübə təqdim etmək məqsədilə planlaşdırılıb. Birinci gün innovasiya və trendlərə həsr olunacaq, aparıcı mütəxəssislərin təqdimatları və panel müzakirələr iştirakçıları ilhamlandıracaq. İkinci gün masterklasslar və interaktiv workshoplar vasitəsilə praktiki biliklər və əməkdaşlıq imkanları təqdim olunacaq. Forum həm bilik, həm təcrübə, həm də şəbəkələşmə üçün əla platforma olacaq.

    • Forumları təşkil edərkən uğurlu tədbir anlayışını necə müəyyənləşdirmisiniz? Sizin üçün uğurun əsas göstəriciləri nələrdir?

    • “Facemark” olaraq uğurlu tədbir anlayışını iştirakçıların həm bilik, həm təcrübə, həm də şəbəkələşmə baxımından dəyər əldə etməsi ilə müəyyənləşdiririk. Bizim üçün uğurun əsas göstəriciləri arasında iştirakçı sayının keyfiyyəti, proqramın sahəyə uyğunluğu, spiker və mütəxəssislərin təqdimatlarının faydalılığı, həmçinin iştirakçıların forumdan sonra yeni əməkdaşlıqlar qurması və əldə etdikləri bilikləri praktikada tətbiq edə bilməsi yer alır. Yəni uğur, yalnız saylarda deyil, tədbirin real təsirində ölçülür və iştirakçılara verdiyi dəyərdə əks olunur.

İlkin Manafov – “Mutfatçı” şirkətinin təsisçisi

    • İlkin bəy, ölkəmizdə interyer, mebel, inşaat və memarlıq sahələrinin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz və bu forum bu inkişaf prosesinə hansı töhfəni verməyi hədəfləyir?

    • İlk öncə qeyd etməliyəm ki, Azərbaycanımızda inşaatın - memarlığın çox dərin tarixi var. Bu tarix ənənə ölkəmizdə hər gün dahada inkişaf edir. Təsadüfi deyil ki, ölkə Prezidenti tərəfindən bu ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi məhz bu sahəyə verilən yüksək önəmin göstəricisidir. İM Forumda biz ölkəmizdə bu sahədə geniş söz sahibi olan insanları bir araya gətirərək fikir mübadiləsi təşkil edirik. Bu memarlıq, mebel, inşaat kimi sahələrin inkişafına çox ciddi təsirlər edir.

    • Forumun spiker seçimi zamanı əsas prioritetləriniz nələrdir – praktik təcrübə, bazardakı nüfuz, beynəlxalq təcrübə, yoxsa innovativ yanaşma?

    • Biz forumda dünya təcrübəsini lokal icralarla sintez etməyi planlaşdırırıq. Hər nə qədər inşaat, interyer və mebel kimi sahələr qlobal şirkətlər tərəfindən idarə olunsa da, ümumi istiqamət lokal zövqlərlə formalaşır. Necə deyərlər, forumda biz qlobal istiqaməti tutacağıq. Həmçinin, qeyd etmək istəyirəm ki, forum çərçivəsində biz konsept sərgi də edəcəyik. Burada da beynalxalq şirkətlərlə yanaşı, yerli biznesdə öz məhsul xidmətlərimizi təqdim edəcək.

    • Məlumdur ki, forumu tamamlayan onun iştirakçı kütləsidir. Bilet satışlarına maraq hazırda hansı səviyyədədir və iştirakçı auditoriyasının profili əsasən kimlərdən ibarətdir? 

    • Biletlərə çox aktiv maraq var. İştirakçılar çox həvəsli formada biletləri tez əldə etmək istəyirlər. Burda iki məqam var: həm biletlər bitə bilər, həm də biletləri tez almaq qiymət cəhətdən daha sərfəlidir. Düşünürəm ki, çox maraqlı Forum - Sərgi bizi gözləyir.

Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına və ya sosial hesablarına daxil ola bilərsiniz: www.imforumbaku.az

Instagram: @imforumbaku

Facebook: IM Forum Baku

LinkedIn: IM Forum Baku

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment