KOBİA-da keçirilən vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.
Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, qəbul zamanı qaldırılan və araşdırma tələb edən məsələlərə Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə baxılacaq, həlli istiqamətində tədbirlər görülərək sahibkarlara məlumat veriləcək.
Həmçinin, qəbul zamanı sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.