Masallı Sənaye Məhəlləsinin yeni rezidenti tərəfindən plastik taraların istehsalı layihəsi həyata keçiriləcək.
“Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
İnvestisiya dəyəri 1,3 milyon manat təşkil edən layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.
Masallı Sənaye Məhəlləsində hazırda 10 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 400-ə yaxın daimi iş yeri yaradılıb.