Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu biliklərin idarə edilməsi və kommunikasiya üzrə baş mütəxəssis vakansiyasına sənəd qəbulunu elan edir. Vakansiya üzrə dünyanın hər yerindən ixtisaslı kadrlar müraciət edə bilərlər. Namizədlər mövcud vakansiya üzrə müəyyən olunmuş tələblərə cavab verməlidirlər.
Namizədlər sənədləri 5 mart 2026-cı il tarixinə qədər (hr@carecinstitute.org) elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd edək ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu regionda tədqiqat, təhlil, qabaqcıl bilik və təcrübə mübadiləsi, potensialın artırılması, biliklərin idarə edilməsi, şəbəkələşmə və tərəfdaşlıqların qurulması sahələrinə istiqamətləndirilmiş beynəlxalq hökumətlərarası təşkilatdır. Mərkəzi ofisi Çinin Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində yerləşən təşkilatın üzvləri arasında Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan kimi ölkələr yer alır. Azərbaycan CAREC Proqramına 2003-cü ildə qoşulmuşdur.