Bankın uzun və qısamüddətli emitent kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiq olunub.
Agentlik bildirib ki, bank Birbank brendi altında rəqəmsal ekosistemini genişləndirərək pərakəndə bazarda mövqeyini gücləndirir. 2025-ci ildə kredit portfeli təxminən 4% artsa da, bu, kapitallaşmanın yüksəlməsinə şərait yaradıb.
S&P-yə görə, 2026–2027-ci illərdə riskə uyğunlaşdırılmış kapital göstəricisi 5,75–6,25% olacaq. Növbəti 12–18 ayda rəqəmsal təşəbbüslər reytinq üçün əlavə müsbət potensial yarada bilər.